Azərbaycanın əməkdar artisti İlqar Muradov Avstriyada albom buraxıb

Azərbaycanın əməkdar artisti İlqar Muradov Avstriyada albom buraxıb
# 29 avqust 2008 15:49 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın əməkdar artisti İlqar Muradovun Avstriyada albomu işıq üzü görüb. Bu barədə APA-ya məlumat verən sənətçi bildirib ki, albom Avstriyanın dövlət studiyalarından birində hazırlanıb. “Bir ömrün nəğməsi” adlı albomda, Kamal, Aygün Səmədzadə, Hüseyn Abdullayev, Faiq Sücəddinov, Nailə İsayevanın əsərləri daxil edilib.

Albomun bəstəkar Hüseyn Abdullayevin eyniadlı əsəri ilə adlandırıldığını deyən İlqar Muradov, yeni diskin Bakıda bir az baha qiymətə satılacağını söyləyib. Bunun səbəbi isə albomun yüksək keyfiyyətlə hazırlanmasıdır. Sənətçi albomunun piratlar tərəfindən oğurlanmaması üçün isə albomda xüsusi kodun yerləşdirdiyini qeyd edib. “Bir ömrün nəğməsi”ndə müğənninin ekskülziv fotosessiyası da yerləşdirilib.

Albomun Bakıda satışına sentyabrın ortalarında başlanılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR