Bakı Musiqi Akademiyasının əsaslı təmirdən sonra açılışı sentyabrın 18-də olacaq

Bakı Musiqi Akademiyasının əsaslı təmirdən sonra açılışı sentyabrın 18-də olacaq
# 16 sentyabr 2008 12:00 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bakı Musiqi Akademiyasının (BMA) əsaslı təmirdən sonra açılış məarsimi sentyabrın 18-də - Milli Musiqi Günündə olacaq. Bunu APA-ya açıqlamasında BMA-nın rektoru, xalq artisti Fərhad Bədəlbəyli deyib. Rektor hazırda təhsil ocağında son tamamlanma işlərinin aparıldığını vurğulayıb: “Biz əvvəlcə əsaslı təmirin sentyabrın 18-nə kimi qurtaracağına inanmırdıq. Ancaq bu işi başa çatdırdıq. Bakı Musiqi Akademiyasının yeni tədris ili əsaslı təmirdən çıxmış binada başlanacaq. Hazırda binanın içində həm təmzilik, həm də tamamlanma işləri aparılır”.
F. Bədəlbəyli onu da deyib ki, binanın açılışı sentyabrın 18-də olsa da, BMA-da dərslər sentyabrın 22-də başalanacaq. Buna səbəb isə auditoriyalara yeni ləvazimatların və texniki avadanlıqların yığılmasıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR