Naxçıvanda bir qrup mədəniyyət işçisinə fəxri adlar verilib

Naxçıvanda bir qrup mədəniyyət işçisinə fəxri adlar verilib
# 19 sentyabr 2008 07:17 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA Naxçıvanda bir qrup mədəniyyət işçisi Naxçıvan Muxtar Respublikasının fəxri adları ilə təltif olunub. APA-nın yerli bürosunun məlumatına görə, bununla bağlı Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov fərman imzalayıb. Fərmana əsasən regionda musiqi mədəniyyətin inkişafındakı xidmətlərinə görə Cəfərli Azər Babalı oğlu və Nağıyev Elçin Nağı oğlu Naxçıvan Muxtar Respublikasının əməkdar artisti, Xəlilov Yaşar Sulet oğlu Naxçıvan MR-in əməkdar incəsənət xadimi, Həsənov Fərman Bilal oğlu isə Naxçıvan MR-in əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR