Lənkəran teatrında yeni mövsümün açılışı olub

Lənkəran  teatrında yeni  mövsümün açılışı olub
# 19 sentyabr 2008 22:00 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı özünün 35-ci mövsümünü açıb. APA-nın Cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən tədbirdə teatrın direktoru İslam Həsənov çıxış edərək yeni mövsümdə yaradıcı kollektivin qarşısında duran vəzifələrdən və planlardan danışıb. O, bu il özünün 35 illiyini qeyd edəcək kollektivin İran İslam Respublikasının paytaxtında keçiriləcək beynəlxalq teatr festivalında iştirak edəcəyini diqqətə çatdırıb. Sonra “Dədə Qorqud” dastanının “Dəli Domrul” boyunun motivləri əsasında “Məhəbbət və ölüm” tamaşası nümayiş etdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR