Ağcabədidə Qarabağ Muğam Mərkəzinin açılışı olub

Ağcabədidə Qarabağ Muğam Mərkəzinin açılışı olub
# 20 sentyabr 2008 11:41 (UTC +04:00)
Ağcabədi. Teymur Zahidoğlu-APA. Bu gün Ağcabədi rayonunda Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin açılış mərasimi keçirilib. APA-nın Qarabağ bürosunun məlumatına görə, saat 14.00-da başlayan mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Dövlət Əmlakının Dövlət Reyestri Xidmətinin rəisi Arif Qaraşov, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Heydər Əliyev Fondunun vəsaiti hesabına tikilən Muğam Mərkəzinin ümumi sahəsi 1300 kvadrat metrdir. Mərkəz hər biri 154 tamaşaçı tutumu olan yay və qış zallarında, 6 sinif, 2 iki müdiriyyət, 1 iclas, 2 qrim otağı və foyedən ibarətdir.
Mərkəzin qarşısında Üzeyir Hacıbəylinin qranitdən büstü qoyulub. Muğam Mərkəzinin qarşısında salınan parkda isə dahi bəstəkarın əsərlərindən fraqmentləri əks etdirən memarlıq kompozisiyaları yaradılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR