Bakı Kamera Teatrı cənub bölgəsində səfərdədir

Bakı Kamera Teatrı cənub bölgəsində səfərdədir
# 25 sentyabr 2008 08:20 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev –APA. Bakı Kamera Teatrının Azərbaycanın cənub rayonlarına qastrolları başlayıb. APA-nın yerli bürosunun məlumatına görə, yaradıcı kollektiv dünən axşam Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının səhnəsində Mirzə Fətəli Axundovun “Hekayəti qırx quldurbasan” komediyası ilə çıxış edib. Teatrın bədii rəhbəri, xalq artisti Cənnət Səlimovanın quruluş verdiyi səhnə əsərində əsas rolları respublikanın əməkdar artistləri Nofəl Vəliyev, Leyli Vəliyeva, Şövqü Hüseynov və digər aktyorlar ifa ediblər. C. Səlimovanın sözlərinə görə, kollektiv Cəlilabad və Biləsuvar rayonlarında da çıxış edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR