Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Türkiyə, Rusiya və İrana gedəcək

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Türkiyə, Rusiya və İrana gedəcək
# 25 sentyabr 2008 14:21 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Türkiyə, Rusiya və İrana səfərə gedəcək. Teatrın direktoru Maqbet Bünyatov APA-ya açıqlamasında bildirib ki, Türkiyə səfəri oktyabrda, digər ölkələrə səfərlər isə ilin sonunda gerçəkləşəcək. Türkiyə səfəri çərçivəsində kollektivin iştirakı ilə bir sıra şəhərlərdə “Arılar arasında” və “Uçqun” tamaşası nümayiş olunacaq. Hazırda Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında məskunlaşan teatr kollektivi elə məşqlərini də orada edir. M.Bünyatov deyib ki, yaradıcı kollektiv Hüseyn Cavidin “Şeyda” və Aqata Kristinin “Tələ” əsəri üzərində məşq edir. “Şeyda” tamaşasına rejissor Mərahim Fərzəlibəyov, “Tələ” tamaşasına isə rejissor Əsgər Əsgərov quruluş verir. M. Bünyatov bir müddətdən sonra teatrın Dənizçilər Evinin binasında fəaliyyətini davam etdirəcəyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR