İrəvan Azərbaycan Dövlət Dram Teatrı cənub bölgəsində səfərdə olub

İrəvan Azərbaycan Dövlət Dram Teatrı cənub bölgəsində səfərdə olub
# 27 sentyabr 2008 08:47 (UTC +04:00)
Astara. Ağəddin Babayev-APA. İrəvan Azərbaycan Dövlət Dram Teatrının truppası Cənub bölgəsində üçgünlük qastrol səfərində olub. Teatrın direktoru İftixar Piriyev APA-nın cənub bürosuna bildirib ki, yaradıcı kollektiv rejissor Bəhram Osmanovun quruluş verdiyi “Əsgər anası” tamaşasını Astara, Lənkəran və Lerikdə nümayiş etdirib. Tamaşada əsas rolları əməkdar artist Vaqif Kərimov, aktyorlardan Elnarə Heydərova, Gülbəniz Niftəliyeva, Aslan Məmmədov, Aynur Abbasova və başqaları ifa ediblər. İ. Piriyevin sözlərinə görə, teatr cənub bölgəsindən sonra respublikanın İsmayıllı, Qobustan, Şamaxı və digər rayonlarına səfər edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR