Azərbaycan Rəssamlar İttifaqının II qurultayı keçirilib

Azərbaycan Rəssamlar İttifaqının II qurultayı keçirilib
# 27 sentyabr 2008 13:17 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün 20 illik fasilədən sonra Azərbaycan Rəssamlar İttifaqının II qurultayı keçirilib. Jurnalistlər üçün qapalı keçirilən qurultayla bağlı APA-ya məlumat verən Azərbaycan Rəssamlar İttifaqının sədr müavini Ənvər Qarayev qurultayda ittifaqın 1200 üzvündən 350-nin iştirak etdiyini bildirib. O, 21 ildir ittifaqın rəhbəri olan Fərhad Xəlilovun bu illər ərzində görülən işlər barədə hesabatla çıxış etdiyini deyib. Keçirilən səsvermə nəticəsində F. Xəlilov yenidən Azərbaycan Rəssamlar İttifaqının sədri seçilib. İttifaqın katibləri Ağəli İbrahimov və Səlhab Məmmədov, məsul katib Rafiq Kərimov da vəzifələrində qalıblar.

Prezidentin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə qurultayda iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR