Bakıda Azərbaycan və erməni xalqlarının dostluğunu tərənnüm edən tamaşa hazırlanıb

Bakıda Azərbaycan və erməni xalqlarının dostluğunu tərənnüm edən tamaşa hazırlanıb
# 13 oktyabr 2008 16:32 (UTC +04:00)
İ. Piriyev APA-ya açıqlamasında “Körpü”nü Qafqaz teatrları şəbəkəsinin tamaşası kimi dəyərləndirib: “Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşaya Soros Fondunun maliyyə dəstəyi ilə aktyorlar dəvət edilib. Soros Fondunun xətti ilə tamaşanın digər premyeraları Tiflisdə və Batumidə oynanılacaq”.

Süjet xəttinin əsasını imperiyaya və müstəmləkəyə qarşı mübarizə təşkil edən tamaşa Qafqazda sülhün, əmin-amanlığın, milli münasibətlərin bərpasına həsr olunub. İ. Piriyevin sözlərinə görə, tamaşada Qafqaz müdrikləri birləşib müstəmləkəyə qarşı mübarizə apardıqları barədə dəqiq qənaətə gəlirlər: “Biz əsərimizdə sülh təklif edirik. Finalda xalqların azadlıq arzusu qalib gəlir və sülh bərpa olunur. Əgər ermənilər həqiqəti başa düşsəydilər ki, yalnız teatrlar yox, elə xalqlar arasında da körpü bərpa oluna bilər, onda Qafqazda sülh yarada bilərik. Tamaşada Azərbaycan müdriki gürcü və erməni ağsaqqallarına da izah edir ki, biz Qafqazda birgə yaşamalıyıq və bu taleyə məhkumuq”.

Qeyd edək ki, tamaşanın rəssamı Nazim Bəykişiyev, bəstəkarı Cavanşir Quliyevdir. Tamaşada teatrın aktyorları ilə yanaşı, Səməd Vurğun adına Rus Dövlət Dram Teatrı, Gənclər Teatrı, Gənc Tamaşaçılar Teatrı, Sumqayıt Dövlət Musiqili Dram Teatrının, o cümlədən Dağıstan və Gürcüstan teatrlarının aktyorları rol alıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR