Dünya şöhrətli Müslim Maqomayevin cənazəsini Azərbaycana gətirəcək nümayəndə heyəti bu gün Moskvaya yola düşəcək

Dünya şöhrətli Müslim Maqomayevin cənazəsini Azərbaycana gətirəcək nümayəndə heyəti bu gün Moskvaya yola düşəcək
# 27 oktyabr 2008 11:11 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Dünya şöhrətli Müslim Maqomayevin cənazəsini Azərbaycana gətirəcək nümayəndə heyəti bu gün Moskvaya yola düşəcək. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin APA-ya verdiyi məlumata görə, nümayəndə heyətinə baş nazirin müavini səlahiyyətlərini icra edən Elçin Əfəndiyev başçılıq edəcək.

Nümayəndə heyətinə Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli, Rəssamlar ittifaqının sədri Fərhad Xəlilov daxildir.

Kinorejissor Eldar Quliyev isə nümayəndə heyətinin tərkibində Moskvaya getməkdən imtina edib. Kinorejissor APA-ya açıqlamasında bunu M. Maqomayevin cənazəsini görməyə tab gətirə bilməməsi ilə əlaqələndirib: “Orda onun üzünü açıq qoyacaqlar. Mən onun solğun bənizini tabutda görməyə özümdə güc tapa bilmədim. Buna dözə bilməzdim, ona görə getmədim”.

Qeyd edək ki, M. Maqomayev oktyabrın 29-da Fəxri Xiyabanda torpağa tapşırılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR