Aktyor Rafiq Əzimova həsr olunan “Səhnə səadətindir” kitabının təqdimat mərasimi keçirilib

Aktyor Rafiq Əzimova həsr olunan “Səhnə səadətindir” kitabının təqdimat mərasimi keçirilib
# 30 oktyabr 2008 12:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Aktyor Evində xalq artisti Rafiq Əzimova həsr olunmuş “Səhnə səadətindir” kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov Rafiq Əzimovun teatr sahəsində çox böyük xidmətlər göstərdiyini və onun yüksək yaradıcılığa sahib olduğunu qeyd edib. O kitabın müəllifi Rafiq Rəhimlinin bir necə görkəmli xadim haqqında kitab yazdığını, bundan sonra da bu işi davam etdirməkdə ona yardımçı olacaqlarını söyləyib. Tədbirdə çıxış edən aktyor Azər Mirzəyev bu il Rafiq Əzimovun 70 illik yubileyinin qeyd edildiyini, bu kitabın yubilyara bir töhfə olduğunu bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR