Naxçıvan Dövlət Universitetində Səttar Bəhlulzadənin 100 illik yubileyi qeyd olunub

Naxçıvan Dövlət Universitetində Səttar Bəhlulzadənin 100 illik yubileyi qeyd olunub
# 06 noyabr 2008 23:35 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Naxçıvan Dövlət Universitetinin (NDU) Konservatoriyasında xalq rəssamı Səttar Bəhlulzadənin 100 illik yubileyi ilə əlaqədar tələbələrin rəsmlərindən ibarət sərgi təşkil olunub. NDU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, universitetin rektoru İsa Həbibbəyli Azərbaycan təsviri sənətinin bənzərsiz nümayəndəsi Səttar Bəhlulzadənin 100 illik yubileyinin ölkə prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə YUNESKO səviyyəsində qeyd olunmasını dövlətin milli mədəniyyətə göstərdiyi qayğı olduğunu vurğulayıb. Tədbir Səttar Bəhlulzadənin 100 illik yubileyinə həsr olunmuş konfransla davam etdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR