Bakı Kamera Teatrı Şəkiyə qastrol səfərinə gedib

Bakı Kamera Teatrı Şəkiyə qastrol səfərinə gedib
# 27 noyabr 2008 10:45 (UTC +04:00)
Şəki. Vüqar Heydərov-APA. Bakı Kamera Teatrının kollektivi Şəkiyə qastrol səfəri edib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, teatrın kollektivi Mirzə Fətəli Axundovun “Hekayəti-Xırs Quldurbasan” əsərini Şəki sakinlərinə təqdim edəcək. Teatrın baş rejissoru Cənnət Səlimova APA-nın əməkdaşına bildirib ki, bu əsər artıq 6 ildir ki, teatrın repertuarındadır. Teatr kollektivinin tez-tez xarici ölkələrə qastrol səfərləri etdiyini vurğulayan C. Səlimova ilin sonuna kimi İran İslam Respublikasına səfər edəcəklərini bildirib. C. Səlimova Bakı Kamera Teatrının 1990-cı ildə yarandığını və teatrın bu günə kimi öz binasının olmadığını qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR