Vatikanda Azərbaycan və dünya mədəni irsinə aid eksponatlardan ibarət sərgi keçirilir

Vatikanda Azərbaycan və dünya mədəni irsinə aid eksponatlardan ibarət sərgi keçirilir
# 07 aprel 2009 15:53 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Vatikanın Apostol dəftərxanası sarayında Azərbaycan və dünya mədəni irsinə aid eksponatlardan ibarət “Gömrük mədəni irsin keşiyində” mövzusunda sərgi keçirilir. Azərbaycanın İsveçrədəki səfirliyinin birinci katibi Məmməd Talıbovun APA-ya verdiyi məlumata görə, sərgi
səfirlik və Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən təşkil olunub. Sərginin eksponatları Gömrük Komitəsi tərəfindən Azərbaycan ərazisindən çıxarılan zaman müsadirə olunmuş Azərbaycan və dünya mədəni irsinə aid olan rəsm əsərləri və tarixi sənədlərdi. Bunlarla yanaşı, müasir Azərbaycan rəssamlarının əsərləri də sərgidə nümayiş olunur. Bu sərgi dillər və sivilizasiyalararası dialoqa, mədəni irsin qorunmasına Azərbaycanın töhfəsini əks etdirir. Sərginin açılış mərasimində Azərbaycan haqqında film nümayiş olunub və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert səslənib. Açılış mərasimində Azərbaycan hökuməti tərəfindən Vatikana Azərbaycan rəssamlarının 2 işi hədiyyə edilib. Əsərin birində 2002-ci ildə İkinci İohan Pavelin Bakıya səfəri zamanı Pontifiklə Heydər Əliyevin görüşü əks olunub. Digər əsər “Müqəddəs Məriyəm və Xilaskar adlanır”.
Bu əsər taxta üzərində işdir, orada Müqəddəs Məryəm Azərbaycan kəlağayısında əks edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR