“Təxəllüsü Mixaylo” filmi Yekaterinburqda keçirilən “İnsan və müharibə” hərbi filmlər festivalının xüsusi mükafatına layiq görülüb

“Təxəllüsü Mixaylo” filmi Yekaterinburqda keçirilən “İnsan və müharibə” hərbi filmlər festivalının xüsusi mükafatına layiq görülüb
# 21 dekabr 2009 09:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Yekaterinburq şəhərində keçirilən “İnsan və müharibə” hərbi filmlər festivalına yekun vurulub. Festivalda Azərbaycanı təmsil edən “Təxəllüsü Mixaylo” filmi xüsusi mükafata layiq görülüb. Filmi istehsal edən “Salnamə” sənədli filmlər studiyasından APA-ya verilən məlumata görə, film “Qəhrəmanın dramaturji həllinə görə” mükafatı ilə təltif olunub. Festivalın əsas mükafatına Rusiyanı təmsil edən Vadim Tsalikovun “Ümid” filmi layiq görülüb. Builki festival II Dünya Müharibəsinin 65 illiyi münasibəti ilə keçirilib. Bu, “Təxəllüsü Mixaylo” sənədli filminin bu il müddətində qazandığı üçüncü mükafatdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR