İstanbuldakı Muhsin Ərtoğrul Teatrının yeni binasının açılışı keçiriləcək - FOTO

İstanbuldakı Muhsin Ərtoğrul Teatrının yeni binasının açılışı keçiriləcək - <font color=red>FOTO</font>
# 15 yanvar 2010 14:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Yanvarın 16-da Türkiyənin İstanbul şəhərindəki Muhsin Ərtoğrul adına Teatrın yeni binasının açılışı keçiriləcək. Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasovanın APA-ya verdiyi məlumata görə, 1 il əvvəl İstanbul bələdiyyəsi teatrın köhnə binasını uçuraraq yeni binanın tikintisinə başlayıb. 600 tamaşaçı tutan yeni teatr binasının tikintisi 15 milyon dollara başa gəlib. Açılış mərasimində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, mədəniyyət və turizm naziri Ərtoğrul Günayla birlikdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edəcək.

Muhsin Ərtoğrul teatrı pərdələrini tamaşaçıların üzünə M. Abbasovanın ikinci rejissoru olduğu serb yazıçısı D. Kovaçeviçin “İntiharın əsas məşqi” tamaşası ilə açacaq. M. Abbasova tamaşada tanınmış aktyorların, o cümlədən Azərbaycan tamaşaçılarının da yaxından tanıdığı "Yaprak dökümü" serialında Fikrət rolunu canlandıran Bennu Yıldırımların oynayacağını deyib.

M. Abbasova yanvarın 18-də yeni tamaşanın məşqlərinə başlayacağını da söyləyib: “Türk yazıçısı Özən Yulanın yazdığı “Dünyanın ortasında bir yer" adlı tamaşada da aktrisa olaraq Rəna rolunu oynayacağam”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR