İstiqlal Muzeyində “Yarımçıq qalmış uçuş” adlı tədbir-sərgi keçirilib - FOTOSESSİYA

İstiqlal Muzeyində “Yarımçıq qalmış uçuş” adlı tədbir-sərgi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 18 yanvar 2010 10:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Yanvarın 18-də Azərbaycan Dövlət İstiqlal Muzeyində 20 yanvar hadisəsinin 20-ci ildönümü ilə əlaqədar “Yarımçıq qalmış uçuş” adlı tədbir-sərgi keçirilib. APA-nın məlumatına görə, sərgidə “AzərTac”ın tanınmış fotojurnalisti, əməkdar mədəniyyət işçisi, ötən il yanvarın 20-də vəfat etmiş Oqtay Məmmədovun faciəni əks etdirən fotoşəkilləri nümayiş etdirilib. Millət vəkilləri Elmira Axundova və Jalə Əliyeva çıxışlarında 20 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayətdən danışıblar.

Tədbir-sərgidə muzeyin direktoru Fəridə Şəmsi, Oqtay Məmmədovun həyat yoldaşı Gülarə Məmmədova və onun yolunu davam etdirən oğlu Aydın Məmmədov və başqaları da çıxış ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR