İstanbulda azərbaycanlı rəssam Sadıq Babayev və tələbələrinin Mehmetcik Vəqfinə yardım məqsədilə xeyriyyə sərgisi keçirilib

İstanbulda azərbaycanlı rəssam Sadıq Babayev və tələbələrinin Mehmetcik Vəqfinə yardım məqsədilə xeyriyyə sərgisi keçirilib
# 20 yanvar 2010 12:43 (UTC +04:00)
İstanbul-APA. İstanbuldakı Böyük klubda açılan xeyriyyə sərgisində azərbaycanlı rəssam Sadıq Babayev və tələbələrinin əsərləri nümayiş etdirilir. Sərgidən əldə ediləcək gəlir Türk əsgərlərinə yardım fondu olan Mehmetcik Vəqfinə bağışlanacaq. Sərginin açılış mərasimində nümayiş etdirilən yağlı boya tablolarının hamısı satılıb. Sadıq Babayev xeyriyyə sərgisinə 2 tablosunu hədiyyə verib. Türk ordusuna kömək məqsədi ilə hazırlanan sərginin açılış mərasimində APA-nın Türkiyə bürosuna açıqlama verən Sadıq Babayev deyib: “Türkiyədə bu cür sərgilərin keçirilməsi ənənəvi hal alıb. Bu tədbirlər cəmiyyətdəki həmrəylik hisslərini dərinləşdirir və ölkənin təhlükəsizliyinə cavabdeh olan orduya yaxşı əhvali-ruhiyyə aşılayır. Bundan sonra hər il bir neçə bu səpkili xeyriyyə sərgiləri açmağı düşünürük”.

1952-ci ildə Tərtər rayonunda anadan olan Sadıq Babayev Əzim Əzimzadə adına Bakı rəssamlıq məktəbini və Muxina adına Sankt-Peterburq İncəsənət Akademiyasını bitirib. 1996-cı ildən bəri Türkiyədə yaşayan sənətkar 10 il əvvəl özünün sənət emalatxanasını yaradıb. Hazırda emalatxanada 50 tələbə dərs alır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR