Polad Bülbüloğlunun “Məhəbbət və ölüm” baleti Moskva Böyük Teatrının səhnəsində nümayiş olunacaq

Polad Bülbüloğlunun “Məhəbbət və ölüm” baleti Moskva Böyük Teatrının səhnəsində nümayiş olunacaq
# 27 yanvar 2010 10:19 (UTC +04:00)
Moskva. Roman Ağayev-APA. Rusiya Mədəniyyət Nazirliyi Moskva şəhər administrasiyasının dəstəyi ilə “Qızıl maska” milli teatr mükafatı və “Ən yaxşı Rusiya tamaşası” proqramı çərçivəsində Azərbaycanın tanınmış bəstəkarı, xalq artisti, professor Polad Bülbüloğlunun “Məhəbbət və ölüm” baletini təqdim edəcək. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, operanın fevralın 3-də Moskva Böyük Teatrının səhnəsində nümayişi nəzərdə tutulur.

Bu tamaşa Rusiyanın ən tanınmış və aparıcı musiqili teatrlardan biri olan Yekaterinburq Akademik Opera və Balet Teatrında 2009-cu ilin iyun ayında səhnələşdirilib. “Məhəbbət və ölüm baletinin” süjetinin əsasını “Kitabi Dədə -Qorqud” dastanı təşkil edir. Bu qəhrəmanlıq dastanı 1300 il bundan əvvəl yaradılıb və dünya yazılı ədəbiyyatının ən yüksək nümunələrindən biridir. Bu dastan YUNESKO-nun qeyri-maddi mənəvi irsin siyahısına daxil edilib.

Operanın quruluşçu xoreoqrafı və librettonun müəllifi Samara Akademik Opera və Balet Teatrının baletmeysteri Nadejda Malqina, dirijoru Fabio Manstanjelo, səhnə tərtibatı Rusiyanın əməkdar rəssamı İqor İbanovdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR