Ukraynanın sirk ustaları Zaqatala rayonuna səfər ediblər

Ukraynanın sirk ustaları Zaqatala rayonuna səfər ediblər
# 05 aprel 2010 07:47 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov-APA. Ukraynanın sirk ustaları Azərbaycanın Zaqatala rayonuna səfər ediblər. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna “M” Kompaniyasının Fantaziya sirkinin rəhbəri Ruslan Abbasov məlumat verib. R. Abbasovun sözlərinə görə, Müstəqil Dövlətlər Birliyinin (MDB) müxtəlif ərazilərində səyyar şəkildə fəaliyyətlə məşğul olan “M” Kompaniyasının Fantaziya sirki aprelin 3-dən başlayaraq Zaqatala şəhərində müxtəlif sirk proqramları ilə (kəndirbaz, illüziya, kristal balans, hava gimnastikası və s.) çıxış edir. Proqram aprelin 13-ə kimi davam edəcək. Səfər proqramında Ukraynanın tanınmış sirk ustaları iştirak edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR