ADU-da Aybəniz Zeynalovanın rəsm işlərinin sərgisi açılıb

ADU-da Aybəniz Zeynalovanın rəsm işlərinin sərgisi açılıb
# 20 aprel 2010 09:15 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) regionşünaslıq kafedrasının əməkdaşı Aybəniz Zeynalovanın rəsm işlərinin sərgisinin açılış mərasimi keçirilib. APA məlumatına görə, sərginin açılış mərasimidə ADU-nun rektoru Səməd Seyidov, Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov və universitetin müəllim heyəti içtirak edib. Sərgi aprelin 23-dək davam edəcək.

Qeyd edək ki, bu Aybəniz Zeynalovanın ilk fərdi sərgisidir.

Aybəniz Fərrux qızı Zeynalova 1975-ci ildə Bakı şəhərində anadan olub. 1992-1997-ci illərdə Azərbaycan Xarici Dillər İnstitutunun ingilis-fransız dili fakültəsində təhsil alıb. Təhsil aldığı müddətdən başlayaraq rəssamlıqla məşğul olub. Qrafik üsluba üstünlük verir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR