Azərbaycan rejissoru İranda keçiriləcək festivalda iştirak edəcək
27 aprel 2010 13:39 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının rejissoru Elvin Mirzəyev Tehranda keçiriləcək 14-cü Beynəlxalq Teatr Festivalında iştirak edəcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ötən il Musiqili Komediya Teatrının səhnəsində böyük uğurla tamaşaya qoyduğu “Arşın mal alan” əsərindən sonra teatr ictimaiyyətinin diqqət mərkəzində olan Elvin Mirzəyev sənət bəhsləşməsinə özünün müəllifi və quruluşçu rejissoru olduğu mono-tamaşa ilə qatılacaq. Aprelin 30-u və mayın 1-də Tehranda oynanılacaq bu əsər tənha bir insanın yaşam mücadiləsindən, ətrafdakıların ona və onun da əhatəsindəki insanlara münasibətindən bəhs edir.
İncəsənət
“Nizami günləri” layihəsi çərçivəsində “Nizami muğam dünyası” adlı konsert təqdim olunub - FOTOLENT
14:34
15 sentyabr 2024
Gəncə Filarmoniyasında Arif Məlikovun mahnılarından ibarət konsert olub
15:30
14 sentyabr 2024
Gəncədə "Nizami günləri" layihəsi çərçivəsində "Qiraət axşamı" təşkil olunub
13:29
14 sentyabr 2024
Əməkdar artist Rafiq İbrahimov vəfat edib
22:28
13 sentyabr 2024