Almaniya “Eurovision -2010” müsabiqəsinin qalibi olub - FOTOSESSİYA

Almaniya “Eurovision -2010” müsabiqəsinin qalibi olub - <font color=red>FOTOSESSİYA</font>
# 30 may 2010 00:19 (UTC +04:00)
Oslo. Ülkər Qasımvoa – APA. Mayın 29-da Oslonun “Telenor Arena”sında “Eurovision-2010” mahnı müsabiqəsinin final mərhələsi keçirilib. APA-nın Norveçə ezam olunmuş müxbirinin məlumatına görə, “Eurovision-2010” müsabiqəsinin final mərhələsində ilk çıxış “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Aleksandr Rıbak ona qalibiyyət gətirən “Farytale” mahnısının yeni versiyasını ifa edib. Yarımfinaldan finala vəsiqə qazanan 20 ölkə və birbaşa finalda iştirak hüququ qazanmış 5 ölkə çıxış edib. Final konsertində Azərbaycan təmsilçisi Səfurə Əlizadə 1-ci olaraq “Drip drop” mahnısını təqdim edib. O, 3 vokalçı və bir ukraynalı rəqqasla səhnəyə çıxıb.
Təmsilçimizin maraqlı və yaddaqalan çıxışı alqışlarla qarşılanıb.
Final konsertində 2-ci İspaniya, 3-cü Norveç, 4-cü Moldova, 5-ci Kipr, 6-cı Bosniya və Herseqovina, 7-ci Belçika, 8-ci Serbiya, 9-cu Belarus, 10-cu İrlandiya, 11-ci Yunanıstan , 12-ci Byük Britaniya, 13-cü Gürcüstan, 14-cü Türkiyə, 15-ci Albaniya, 16-cı İslandiya, 17-ci Ukrayna, 18-ci Fransa, 19-cu Rumıniya, 20-ci Rusiya, 21-ci Ermənistan, 22-ci Almaniya, 23-cü Portuqaliya, 24-cü İsrail, 25-ci Danimarka təmsilçisi “Eurovision-2010” üçün hazırladıqları mahnını təqdim ediblər.

“Eurovision-2010” müsabiqəsinin finalını hər iki yarımfinalda olduğu kimi
Nadya Hasnaoui, Erik Solbakken və Haddy Njien idarə edib.

Səsvermənin nəticələri elan olunmadan öncə “Madcon” qrupu maraqlı çıxış nümayiş etdirib. “Telenor Arena”da çoxsaylı Azərbaycan bayraqları dalğalanıb.

Çıxışlardan sonra “Telenor Arena”da pult arxasında əyləşib müsabiqənin gedişatını izləyənə “Eurovision” müsabiqəsinin icraçı direktoru Svante Stokseliusla əlaqə yaradılıb və o bütün Avropa xalqını salamlayıb. Daha sonra isə sıra ilə 39 ölkənin səsverməsinin nəticələri açıqlanıb.

Səslərini açıqlayan ilk ölkə Rumıniya olub. Rumıniyadan 12 xal Danimarkaya, 10 xal Moldovaya, İrlandiyadan Аzərbaycana 3, Almaniyadan 12 xal Danimarkaya, Serbiyadan Almaniyaya 8 bal, 10 baıl Yunanıstana, 12 bal Bosniya və Herseqovinaya, Albaniyadan 10 xal Yunanıstana, Türkiyədən 6 bal Ermənistana, 8 xal Bosniya və Hersovoqina, 10 bal Almaniya, 12 xal Azərbaycana, Xorvatiya 10 bal Bosniya və Hersoqovina, 12 bal Türkiyəyə, Polşa dan 8 bal Azərbaycana, 10 bal Belçikaya, 12 bal Danimarkaya, Bosniya və Hersoqovinadan 7 xal Azərbaycana. 8 xal Almaniyaya, 10 bal Türkiyəyə, 12 bal Serbiya, Finlandiya 10 xalını İsrail, 12 xalı Almaniyaya, Sloveniyadan 8 bal Serbiya, 10 bal Almaniya, 12 xal Danimarkaya, Estoniya 8 bal Gürcüstana, 10 bal Rusiya, 12 bal Almaniyaya, Rusiyadan 8 bal Azərbaycan, 10 bal Gürcüstan, 12 balını isə Ermənistan, Portuqaliya 8 bal Yunanıstan, 10 bal Rumıniya, 12 bal İspaniyaya, Azərbaycandan 8 bal Gürcüstan, 10 bal Ukraynaya, 12 bal isə əlbəttə ki, Türkiyəyə təqdim edib. Yunanıstandan 1 xal Azərbaycana, 10 bal Albaniya, 12 bal Kiprə, İslandiyadan Azərbaycana 4 xal, 8 xal Yunanıstana, 10 bal Belçika, 12 bal Danimarkaya, Danimarkadan Azərbaycan 2 xal, 8 bal Rumıniyaya, 10 bal Belçika, 12 bal Almaniyaya, Farnsadan 8 bal Portuqaliyaya, 10 bal Serbiyaya, 12 bal Türkiyəyə, İspaniyadan Azərbaycan 7 xal, 8 bal Ermənistana, 10 bal Rumıniyaya, 12 bal Almaniyaya, Slovakiyadan 8 bal İsrail, 10 bal Belçika, 12 bal Almaniyaya, Bolqarıstandan 8 bal Ermənistan, 10 bal Türkiyə, 12 balı Azərbaycana, Ukraynadan 8 bal Türkiyə, 10 bal Rusiya, 12 bal Azərbaycana, Latviyadan Azərbaycana 2 xal, 8 xal Rusiya, 10 bal Danimarka, 12 xal Almaniyaya, Maltadan 8 bal Danimarkaya, 10 bal Belçika, 12 bal Azərbaycana, Norveçdən Azərbaycana 7 bal, 8 bal Danimarkaya, 10 bal Rumınioya, 12 xalı Almaniyaya, Kiprdən 8 bal Rumıniyaya, 10 bal Azərbaycana, 12 bal Yunanıstana, Litvadan 8 bal İspaniya, 10 bal Almaniyaya, 12 bal Gürcüstana, Belarusdan 6 bala Azərbaycan, 8 bal İsrail, 10 bal Ukraynaya, 12 bal Rusiya, İsveçrə 2 bal Azərbaycana, 8 bal Albaniyaya, 10 bal Serbiya, 12 bal Gürcüstana, Belçikadan 5 xal Azərbaycana, 8 bal İslandiya, 10 bal Almaniyaya, 12 bal Yunanıstan, Böyük Britaniyadan 8 bal Rumıniyaya, 10 bal Türkiyə, 12 bal Yunanıstana, Niderlanddan 8 bal Türkiyəyə, 10 bal İsrail, 12 bal Ermənistana, İsraildən 7 bal Azərbaycana, 8 bal Rumıniyaya, 10 bal Rusiya, 12 bal Ermənistana, Makedoniyadan 3 bal Azərbaycana, 8 bal Almaniyaya, 12 bal Almaniyaya, Moldovadan 7 bal Azərbaycana, 8 bal Ukraynaya, 10 bal Rusiyaya, 12 bal Rumıniyaya, Gürcüstandan 8 bal Azərbaycana, 10 bal Ermənistana, 12 bal Belarus, İsveçdən 8 bal Danimarka, 10 bal Rumıniya, 12 bal Almaniyaya, Ermənistandan Ukraynaya, 10 bal Rusiya və 12 bal Gürcüstana təqdim edilib. Almaniya 246 balla birinci olub. Azərbaycan isə ilk beşliyi tamamlayıb. Yəni 5-ci yeri qazanıb. Türkiyə “Eurovision-2010” müsabiqəsinin ikincisi, Rumıniya isə üçüncüsü olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR