Heydər Əliyev Sarayında “İstanbul reysi” filminin təqdimatı keçiriləcək

Heydər Əliyev Sarayında “İstanbul reysi” filminin təqdimatı keçiriləcək
# 03 iyun 2010 16:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. İyunun 10-da Heydər Əliyev Sarayında “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “İstanbul reysi” filminin təqdimatı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, filmin rejissoru Eldar Quliyevdir. Filmdə təsadüfi görüş nəticəsində iki insan arasında yaranan romantik münasibətlər gözlənilməz və dramatik şəkildə kəsilir. Filmin ssenari müəllifləri Eldar Quliyev və Ramiz Fətəliyev, quruluşçu operator Kənan Məmmədov, quruluşçu rəssamlar Rafiz İsmayılov, Rafiq Nəsirov, icraçı prodüser Vladimir Dudniçenko, bəstəkarı Müslüm Maqomayevdir. Filmin rollarında Elşən Rüstəmov, İlhamə Bədəlova, Yaşar Nuri, Ramiz Məlik, Gülşad Baxşıyeva, Qurban İsmayılov, Elçin İmanov, Eldəniz Rəsulov, Ömür Nağıyev, Elxan Quliyev, Loğman Kərimov və başqaları çəkiliblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR