Rəssam Kamil Xanlarovun 95 illik yubileyinə həsr olunmuş sərgi keçiriləcək

Rəssam Kamil Xanlarovun 95 illik yubileyinə həsr olunmuş sərgi keçiriləcək
# 07 iyun 2010 09:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan rəssamlıq məktəbinin ən tanınmış nümayəndələrindən biri Kamil Xanlarovun 95 illik yubileyinə həsr olunmuş sərgi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, sərgi Azərbaycan Dövlət İncəsənət Muzeyində təşkil olunacaq.

Z. Əliyeva bildirib ki, Kamil Xanlarovun sonuncu sərgisi 1995-ci ildə, vəfatından bir il öncə keçirilib. Ötən 15 il ərzində rəssamın əsərlərinin bir neçəsi müxtəlif sərgilərdə nümayiş etdirilsə də, bu illər ərzində fərdi sərgisi olmayıb. Sərgidə Dövlət İncəsənət Muzeyi, Dövlət Rəsm Qalereyası və rəssamın ailə kolleksiyasında saxlanılan əsərlərinin nümayişi nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR