Azərbaycanın “Nəsimi” və “Dədə Qorqud” filmləri bərpa olunub

Azərbaycanın “Nəsimi” və “Dədə Qorqud” filmləri bərpa olunub
# 18 iyun 2010 09:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın “Nəsimi” filmi bərpa olunub. Bu barədə APA-ya məlumat verən Azərbaycan Dövlət Film Fondunun rəhbəri Cəmil Quliyev bildirib ki, bu filmin bərpası görkəmli rejissor Həsən Seyidbəylinin 90 illik yubileyinin qeyd olunması ilə əlaqədardır. Yubiley münasibəti ilə onun quruluş verdiyi “Nəsimi” filmi bərpa olunaraq Dövlət Film Fonduna daxil olub.

Yenidən bərpa olunaraq Dövlət Film Fonduna daxil edilən növbəti film “Dədə Qorqud” filmidir. Quruluşçu rejissoru Tofiq Tağızadə olan bu film bərpa olunmuş variantda ekranlarda nümayiş olunacaq.

Qeyd edək ki, “Nəsimi” filmi 1973, “Dədə Qorqud” filmi isə 1975-ci ildə çəkilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR