Manana “Şöhrət” ordeni ilə təltif edilib

Manana “Şöhrət” ordeni ilə təltif edilib
# 23 iyun 2010 06:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanda fəaliyyət göstərən gürcü müğənni Manana Caparidze “Şöhrət” ordeni ilə təltif edilib. APA-nın məlumatına görə, bu barədə Gürcüstan prezidenti Mixail Saakaşvili sərəncam imzalayıb. Azərbaycanda səfərdə olan Gürcüstanın mədəniyyət, abidələrin mühafizəsi və idman nazirinin müavini Marine Coquşvili Azərbaycanda Gürcüstan Mədəniyyət günləri çərçivəsində keçirilən konsertdə sərəncamı oxuyub və ordeni M. Caparidzeyə təqdim edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR