Azərbaycan Bəstəkarlar İttifaqının sədri: “Təəssüflər olsun ki, sponsorlara şou-biznesə pul xərcləmək daha xoşdur” – FOTO
28 iyun 2010 07:24 (UTC +04:00)
Şəki. Ülkər Qasımova - APA. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə sponsorların ciddi musiqinin təbliğinə biganəliliyindən şikayətlənib. APA-nın məlumatına görə, Şəkidə keçirilən “İpək Yolu” I Beynəlxalq Musiqi Festivalı zamanı jurnalistlərə açıqlamasında Firəngiz Əlizadə festivalın keçirilməsinə sponsorların yardım etmədiyini bildirib: “Təəssüf ki, festivalın keçirilməsi üçün səsimizə səs verən olmadı. Sponsorlara şou-biznesə pul ayırmaq, xərcləmək daha xoşdur. Onlar istəyirlər ki, ancaq şou olsun, başqa heç nə ilə maraqlanmırlar”.
ABİ sədri deyib ki, Şəkidə keçirilən festival sponsorsuz təşkil olunub: “Bir qəpiksiz, bir manatsız bu festivalı keçiririk. Şəki bizə qucağını açdı, biz də bədii rəhbər kimi bu proqramları tərtib etdik. Festivalda iştirak edən xarici qonaqlarımız da ölkəmizə təmənnasız gəliblər və festival çərçivəsində mükəmməl proqramlarla çıxış edəcəklər”.

İncəsənət
İngiltərəli məşhur aktyor vəfat edib
18:02
19 sentyabr 2024
Gəncə Dövlət Filarmoniyasinda "Musiqinin gücü" layihəsi Milli Musiqi Gününə həsr olunub - FOTO
15:04
19 sentyabr 2024
Nazir müavini: Milli Musiqi Günü ilə bağlı bir sıra xarici ölkələrdə tədbir keçiriləcək
12:16
18 sentyabr 2024
Üzeyir Hacıbəylinin xatirəsi Milli Konservatoriyada yad edilib - FOTO
11:00
18 sentyabr 2024