Azərbaycan filmi Ukraynada keçiriləcək beynəlxalq festivalın proqramına salınıb – FOTO

Azərbaycan filmi Ukraynada keçiriləcək beynəlxalq festivalın proqramına salınıb – <font color=red>FOTO</font>
# 20 avqust 2010 12:57 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Avqustun 28-29-da Ukraynada alternativ kinematoqrafiyanın VIII beynəlxalq qeyri-kommersiya film festivalı keçiriləcək. APA-nın festivalın rəsmi saytına istinadən yaydığı məlumata görə, festivalda iştirak etmək məqsədilə 56 ölkədən 322 film göndərilib. Ancaq bu filmlər arasında müsabiqənin proqramına 32 film seçilib.

Seçilən 32 film festivalda 4 nominasiya uğrunda (“Peşəkar”, “Tələbə” “Amator” və “Müstəqil”) mübarizə aparacaq. Mötəbər festivalda Azərbaycan da iştirak hüququ qazanıb. Festivalda ölkəmizi Fariz Əhmədov və Nərgiz Bağırzadənin rejissorluğu ilə 2009-cu ildə istehsal olunan “Bir addım” filmi təmsil edəcək. Bu film görmə qabiliyyətini itirmiş Qarabağ müharibəsi veteranı Yusifin taleyindən bəhs edir. 23 dəqiqəlik qısametrajlı film festivalın professional nominasiyasında mübarizə aparacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR