Azərbaycan Dövlət Film Fondu Litva Milli Fondu ilə əməkdaşlığa başlayır

Azərbaycan Dövlət Film Fondu Litva Milli Fondu ilə əməkdaşlığa başlayır
# 26 avqust 2010 14:52 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Dövlət Film Fondu Litva Milli Fondu ilə əməkdaşlığa başlayacaq. APA-nın məlumatına görə, bu əməkdaşlığı rəsmiləşdirmək məqsədilə Dövlət Film Fondunun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyevin rəhbərliyi altında nümayəndə heyəti Litvada səfərdədir. Səfər çərçivəsində iki ölkənin film fondları arasında qarşılıqlı əməkdaşlıq haqqında protokolun imzalanması nəzərdə tutulur. Azərbaycan nümayəndə heyətinin Litvaya səfəri avqustun 29-da baş çatacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR