Muzey Mərkəzində həvəskar rəssamların və xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət respublika sərgisinin açılışı keçirilib

Muzey Mərkəzində həvəskar rəssamların və xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət respublika sərgisinin açılışı keçirilib
# 15 oktyabr 2010 10:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Muzey Mərkəzində həvəskar rəssamların və xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət respublika sərgisinin açılışı keçirilib. APA -nın məlumatına görə, sərgidə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirib ki, ilk belə sərgi 2008-ci ildə təşkil edilib. İkinci dəfədir baş tutan bu sərginin təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzidir. Nazir müavini sərgidə 70-dən çox müəllifin 300-ə yaxın müxtəlif janrda əl işlərinin nümayiş olunduğunu deyib.
Qeyd edib ki, sərgidə rəngkarlıq və qrafika əsərləri ilə yanaşı heykəltəraşlıq, xalçaçılıq, zərgərlik, nəqqaşlıq, dulusçuluq, bədii tikmə və digər tətbiqi sənət nümunələrinə geniş yer ayrılıb.
Daha sonra S. Məmmədəliyeva beş nominasiya üzrə keçirilən sərgi-müsabiqənin qaliblərinin adlarını açıqlayıb. Münsiflər heyətinin qərarına əsasən müəyyənləşən qaliblərə I, II və III dərəcəli diplomlar, pul mükafatları verilib. Bir neçə nəfərə isə həvəsləndirici mükafat və diplom təqdim olunub.
Qeyd edək ki, sərgi iki gün davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR