Xalq artisti İlhamə Quliyeva İstanbul Azərbaycanlıları Kültür və Sənət Mərkəzinin mükafatına layiq görülüb – FOTOSSESİYA

Xalq artisti İlhamə Quliyeva İstanbul Azərbaycanlıları Kültür və Sənət Mərkəzinin mükafatına layiq görülüb – <font color=red>FOTOSSESİYA </font>
# 19 oktyabr 2010 09:18 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın xalq artisti ilhamə Quliyeva Türkiyədə səfərdədir. Yeni klip çəkilişi ilə bağlı TMB kanalının qonağı olan İlhamə Quliyeva eyni zamanda İstanbul Azərbaycanlıları Kültür və Sənət Mərkəzində də olub. Müğənninin mətbuat katibi Faiq Ələkbərlinin APA-ya verdiyi məlumata görə, İlhamə Quliyeva Qars, İğdır və Elazığ azərbaycanlıları ilə görüşüb. İstanbul Azərbaycanlıları Kültür və Sənət Mərkəzinin qadın şöbəsinin təşkil etdiyi gecədə İlhamə Quliyeva və bəstəkar Aybəniz Güllər Azərbaycan mədəniyyəti, incəsənəti haqqında fikir mübadiləsi aparıblar. Toplantını Mərkəzin qadın şöbəsinin başqanı Nazilə Abbaslı açaraq qlobal dünyada qadınların yeri, Azərbaycan qadınlarının rolu haqqında dərnəkdə son zamanlar görülən işlər barədə məlumat verib.
İlhamə Quliyeva Azərbaycan musiqisinə və incəsənətinə göstərdiyi xidmətlərə görə İstanbul Azərbaycanlıları Kültür və Sənət Mərkəzinin başqanı Erol Göllü tərəfindən mərkəzin mükafatına layiq görülüb. Mərkəz tərəfindən bəstəkar Aybəniz Güllərə də mükafat təqdim olunub. İlhamə Quliyeva və Aybəniz Güllər İstanbul Azərbaycanlıları Kültür və Sənət Mərkəzinə fəxri üzv qəbul ediliblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR