Azərbaycanlı rəssam beynəlxalq festivalda ən yaxşı geyim rəssamı kimi mükafata layiq görülüb

Azərbaycanlı rəssam beynəlxalq festivalda ən yaxşı geyim rəssamı kimi mükafata layiq görülüb
# 04 yanvar 2011 09:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Beynəlxalq “Radiance” mükafatını qazanmış azərbaycanlı sürrealist rəssam Mehriban Əfəndi daha bir beynəlxalq mükafat qazanıb. Mehriban Əfəndi APA-ya açıqlamasında Fransada keçirilən “Cinema & Costume Moulins” festivalında ən yaxşı geyim rəssamı kimi mükafata layiq görüldüyünü deyib. Bu mükafat ona alman kino rejissoru Veit Helmerin “Absurdistan” filmindəki geyim rəssamı işinə görə verilib. 50-dən çox kino festivalının iştirakçısı olan bu film komediya janrında və ümumbəşəri sevgi mövzusundadır. 2007-ci ildə Azərbaycanda çəkilən bu filmə 20-dən çox xarici və tanınmış Azərbaycan aktyorları cəlb olunub. Quruluşçu rəssam kimi isə yalnız Mehriban Əfəndi işləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR