Ankarada müalicə olunan Vaqif İbrahimoğlu yanvarın 21-də Vətənə qayıdacaq

Ankarada müalicə olunan Vaqif İbrahimoğlu yanvarın 21-də Vətənə qayıdacaq
# 04 yanvar 2011 11:37 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında Türkiyədə Vaqif İbrahimoğlunun yanında olan teatrşünas Məryəm Əlizadə məlumat verib. Onun sözlərinə görə, V. İbrahimoğlunun müalicəsi uğurla davam etdirilir: “Müalicə gözləniləndən də müsbət nəticə verir. Vaqif İbrahimoğlu özünü çox yaxşı hiss edir, gəzir, danışır, yəni hər şey yaxşıdır. Ancaq müsahibə verməyə hələ həkimlər icazə vermirlər. Cərrahiyyə əməliyyatı ilə bağlı hələ ki, bir xəbər yoxdur, yəni həkimi cərrahiyyə əməliyyatını lazım bilmir”.

M. Əlizadə qeyd edib ki, artıq Vətənə qayıtmaq üçün biletlər də hazırdır. O, V. İbrahimoğlunun Yeni il bayramını və Dünya Azərbaycanlılarının Həmrəylik gününü çox yaxşı qarşıladığını da əlavə edib: “Buradakı tanışlar, bəzi həmyerlilərimiz, xəstəxananın personalı yanımızda idilər. 2011-ci ili birgə qarşıladıq. Burada Vaqif üçün şam ağacı bəzədilmişdi, bayram abı-havası yaradılmışdı. Vaqif də, mən də bütün Azərbaycan xalqını bayram münasibəti ilə təbrik edirik.

Xatırladaq ki, əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu bu ilin sentyabrında Bakıda müayinə və müalicə kursları keçib. Ancaq nəticə olmadığından yaxınları onu noyabrın 26-da Türkiyəyə aparıblar. Ağciyərində problem yaranan rejissor Ankaradakı Qazi Universitetinin xəstəxanasında müalicə olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR