Türkiyədə 40 il qadağan olunan film nümayiş olunub

Türkiyədə 40 il qadağan olunan film nümayiş olunub
# 04 yanvar 2011 22:39 (UTC +04:00)
Bakı-APA. Atatürkün ilk dəfə xarici bir aktyor tərəfindən canlandırıldığı və 40 ildir Türkiyədə qadağan olunan “Muzdlu əsgərlər" adlı filmin birinci hissəsi TRT-də nümayiş olunub.

APA-nın CNNTÜRK-ə istinadən verdiyi xəbərə görə, filmdə iki amerikalının türklərlə birlikdə Antanta (I Dünya müharibəsi zamanı İngiltərə, Fransa və Rusiya tərəfindən yaradılan hərbi-siyasi birlik) qüvvələrinə qarşı döyüşməsindən bəhs edilir.

1970-ci ildə İngiltərə tərəfindən çəkilən filmin (orijinal adı "You Can’t Win em All", türkcə "Muzdlu əsgərlər") görüntüləri ilk dəfə TRT-də Gülay Özdəmin təqdim etdiyi "10’dan sonra" proqramda nümayiş olunub.

“Muzdlu əsgərlər"i ilk dəfə TRT ekranlarında izləyənlər arasında filmdə "Kapitan Ənvər" rolunu oynayan Saleh Cənub olub. Cənub 40 ildir qadağan edilən filmi görüncə duyğularını gizləyə bilmədiyini və romantik anlar yaşadığı qeyd edib.

Filmin digər oyunçusu Fikrət Xaqan da qadağan olunan filmi ilk dəfə ekranda görməkdən xoşbəxt olduğunu bildirib.

Türkiyədə çəkilən filmdə bir neçə türk aktyoru iştirak edib. Amma qadağan olunması ilə əlaqədar film bu günə qədər Türkiyədə nümayiş edilməyib.

Rejissor Peter Kollinsonun və ssenarist Leo Gordonun çəkdikləri filmdə hadisələr Türk Qurtuluş Müharibəsi illərini əhatə edir.

“Muzdlu əsgərlər"də əsas rolları məşhur Hollivud aktyorları Toni Körtis və Çarlz Bronson, fransız aktrisası Mişel Mersye ifa ediblər. Filmdə Atatürkü Patrik Magi canlandırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR