“Qafqaz əsiri” filmində Nina rolunun ifaçısı xəstəxanaya yerləşdirilib

“Qafqaz əsiri” filmində Nina rolunun ifaçısı xəstəxanaya yerləşdirilib
# 05 yanvar 2011 16:30 (UTC +04:00)
Bakı - APA. Rusiyanın məşhur kino və teatr aktrisası Natalya Varley xəstəxanaya yerləşdirilib.

APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, aktrisanın üzərində cərrahiyyə əməliyyatı aparılacağı istisna olunmur.

Qeyd edək ki, N.Varley peşəkar karyerası boyunca 40 filmə çəkilib. Onun ən məşhur rolu isə “Qafqaz əsiri və ya Şurikin yeni macəraları” filmindəki Nina roludur. RSFSR-in əməkdar artisti N.Varley Dostluq Ordeni ilə təltif olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR