Fərhad Bədəlbəyli: “Azərbaycanın “Eurovision-2011” yarışmasında təmsilçisi kimi Nurlan Növrəslini görürəm” – FOTO

Fərhad Bədəlbəyli: “Azərbaycanın “Eurovision-2011” yarışmasında təmsilçisi kimi Nurlan Növrəslini görürəm” – <font color=red>FOTO </font>
# 07 yanvar 2011 14:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Azərbaycanın “Eurovision-2011” yarışmasında təmsilçisi kimi hələlik ancaq Nurlan Növrəslini, daha doğrusu Növrəslilər ailəsini görürəm. Çünki onların musiqisində bir çox janrlar, eyni zamanda da milli rənglər, caz var. Onların bu yarışmada uğur qazanacağına inanıram”. Bu açıqlamanı APA-ya Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, hər il “Eurovision” müsabiqəsində təmsilçimizin seçilməsi üçün keçirilən milli seçimlərdə münsif heyətində təmsil olunan Fərhad Bədəlbəyli verib. BMA rektoru onu da əalvə edib ki, təmsilçi kim olursa-olsun, ciddi şəkildə hazırlıq prosesi keçməlidir: “Ötən ilki təmsilçimiz Səfurənin təqdimatı və tanıdılması yüksək səviyyədə aparıldı. Çox yaxşı menecerlər və şirkətlərlə işlənildi. Yarışmaya qədər artıq Avropada tanındı. Bu il hələlik real bir namizəd görmürəm. Nurlan Növrəsli ilə də belə məşğul olmaq lazımdır”. F. Bədəlbəyli qeyd edib ki, yarımfinalda yarışacaq 10 namizədin siyahısından xəbərdardır, ancaq hələlik onları dinləmək fürsəti olmayıb: “Hələ final olmayıb deyə onları dinləməmişəm. Finalda dinləyəcəyəm, sizə ancaq şəxsi fikrimi açıqladım. Bu il münsiflər heyətinin tərkibində olub-olmayacağımı isə hələlik bilmirəm. Bəlkə də tərkib dəyişildi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR