İstanbulda azərbaycanlı rəssamın fərdi sərgisi açılıb

İstanbulda azərbaycanlı rəssamın fərdi sərgisi açılıb
# 08 yanvar 2011 13:14 (UTC +04:00)
İstanbul. Mais Əlizadə - APA. İstanbulun Levent səmtindəki “Alta” Sənət Qalereyasında azərbaycanlı rəssam Əbülfəz Fərəcoğlunun fərdi rəsm sərgisi açılıb.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, sərgidə rəssamın son illərdə yaratdığı yağlı boya tabloları nümayiş etdirilir. Sərgiyə Türkiyə mediası və sənətsevərlər böyük maraq göstərir.

Əbülfəz Fərəcoğlu APA-ya bildirib ki, bu, Türkiyədə açılan iyirminci fərdi sərgisidir: “Türkiyədəki 14 illik yaradıcılığımın hər dönəminə aid tabloları burada nümayiş etdirirəm. Türkiyə bazarında mövqe əldə edə bilməyin bir sıra çətinlikləri var. Burda bəzən kənardan gələn rəssamlara qarşı süni əngəllər yaradırlar. Ancaq buna baxmayaraq, mən həm yaradıcılığıma, həm də pedaqoji fəaliyyətimə davam edirəm”.

1956-cı ildə Naxçıvanda anadan olan Əbülfəz Fərəcoğlu Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirib. Yaradıcılığını 1997-ci ildən bəri Türkiyədə davam etdirir. 2005-ci ildə İstanbulun Yeşilköy səmtində “Ekim” Sənət Məktəbini yaradan Ə.Fərəcoğlu orada 70 müdavimə dərs deyir. O, həftədə bir dəfə Türkiyə Mətbuat Muzeyinin Sənət Qalereyasında da 30 tələbəyə rəsm sənətinin sirlərini öyrədir. Ə.Fərəcoğlu indiyə qədər tələbələri ilə 50 qrup sərgisi açıb. Türkiyədə onun 3 kataloqu çap edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR