İstiqlal Muzeyində 20 Yanvar faciəsinə həsr olunmuş foto-sərgi açılacaq

İstiqlal Muzeyində 20 Yanvar faciəsinə həsr olunmuş foto-sərgi açılacaq
# 11 yanvar 2011 15:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Yanvarın 18-də Azərbaycan İstiqlal Muzeyində 20 Yanvar faciəsinin növbəti ildönümünə həsr olunmuş foto-sərgi açılacaq. Muzeydən APA-ya verilən məlumata görə, sərgidə tanınmış fotoqraflar Tahir Cəfərov, Oqtay Məmmədov, Sənan Ələsgərov və başqalarının 20 Yanvar hadisələrinə həsr edilmiş fotoşəkilləri nümayiş etdiriləcək. “Tarixə çevrilmiş şəkillər” adlı sərgi yanvarın 25-dək davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR