Lənkəran Dövlət Dram Teatrı 120 illik yubileyini qeyd edəcək

Lənkəran Dövlət Dram Teatrı 120 illik yubileyini qeyd edəcək
# 11 yanvar 2011 15:46 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Bu il Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı özünün 120 illik yubileyini qeyd edəcək. Bu barədə məlumatı APA-nın cənub bürosuna teatrın direktoru İslam Həsənov verib. Onun sözlərinə görə, Lənkəranda ilk teatr 1891-ci ildə Nəcəf bəy Vəzirovun “Oddan alova” və ya “Yağışdan çıxdıq, yağmura düşdük” komediyasının tamaşası ilə fəaliyyətə başlayıb. Daha sonra 1934-cü ildə yaradılmış Dövlət dram teatrı 1948-ci ilə kimi sənətsevərlərə xidmət edib. Hazırkı teatr isə 1973-cü ilin dekabr ayından fəaliyyət göstərir. İ. Həsənov ötən müddət ərzində teatrda 250-dək Azərbaycan, rus və Qərbi Avropa müəlliflərinin əsərlərinin tamaşaya qoyulduğunu, kollektivin böyük sənət uğurları qazandığını, respublika gənclər mükafatı laureatı adına layiq görüldüyünü diqqətə çatdırıb.
Cari ilin repertuar planından söz açan direktor M. F. Axundovun “Lənkəran xanın vəziri”, Kamran Nəzirlinin “Şeytanın işığı”, Rəhman Əlizadənin “Əbləhlərin toyu” kimi əsərlərin tamaşaya qoyulacağını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR