İstiqlal Muzeyində “Tarixə çevrilmiş şəkillər” adlı tədbir-sərgi keçirilib - FOTOSESSİYA

İstiqlal Muzeyində “Tarixə çevrilmiş şəkillər” adlı tədbir-sərgi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 18 yanvar 2011 09:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar “Tarixə çevrilmiş şəkillər” adlı tədbir-sərgi keçirilib. APA-nın məlumatına görə, sərgidə ilk dəfə olaraq şəhidlər Azər Ələkbərov və Ağabəy Novruzbəylinin şəxsi əşyaları nümayiş olunub. Tədbir iştirakçılarına Azərbaycan İstiqlal Muzeyinin fondunda saxlanılan və Tahir Cəfərov, Oqtay Məmmədov, Sənan Ələsgərov və digər fotoqraflara məxsus 50 fotoşəkil sərgilənib.

Tədbirdə 20 Yanvar Cəmiyyətinin üzvləri, 20 Yanvar şəhidlərinin ailə üzvləri, 20 Yanvar hadisələrinin canlı şahidləri, Prezident Qvardiyasının əsgərləri, Daxili Qoşunların və Sərhəd Qoşunlarının Sahil Mühafizəsinin müdavimləri və digər qonaqlar iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR