Akademik Milli Dram Teatrı 260 nəfərə yaxın işçi heyəti ilə işə başlayacaq – FOTO

Akademik Milli Dram Teatrı 260 nəfərə yaxın işçi heyəti ilə işə başlayacaq – <font color=red>FOTO </font>
# 19 yanvar 2011 10:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 260 nəfərə yaxın işçi heyəti ilə işə başlayacaq. Bu barədə APA-ya açıqlamasında Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov məlumat verib.

Teatr rəhbəri qeyd edib ki, hələlik teatrın işçi heyəti ilə müqavilələrin imzalanmasına başlanmayıb. İ. İsrafilov hazırda isə işə qəbul olunacaq 260-a yaxın işçinin sənədlərinin və müqavilələrin hazırlandığını vurğulayıb: “Hazırda müqavilələrin hazırlanması prosesi davam edir. 260 nəfərə yaxın işçinin sənədlərinin qaydaya salınması, eləcə də müqavilənin hazırlanması o qədər də asan bir iş deyil. Yaxın günlərdə sənədlər tam hazır olacaq və bundan sonra işə götürmə və müqavilə imzalanmasına başlayacağıq. Bu proses yanvarın 27-nə kimi davam edəcək”.

Teatr rəhbəri bildirib ki, müqavilələrin müddəti müxtəlif olacaq: “Belə ki, işçilərlə vəzifəsindən və yerinə yetirəcək funksiyadan asılı olaraq 3 və 6 ay müddətli müqavilələr də bağlanacaq. Müqavilə ilə işə götürüləcək işçi heyəti ilə müsahibə də həyata keçiriləcək və müqavilənin şərtləri ilə razı olub-olmayacağı soruşulacaq: “Hamısına bu yerə, bu maaşa işə qəbul olunacağı bildirəcəyik. Bəlkə elə biri bu maaşla həmin işi qəbul etməyəcəyini deyəcək. İşçilər qarşılıqlı razılaşmaya əsasən həmin müqaviləyə imza atacaqlar”.

Teatr rəhbəri qeyd edib ki, müqavilənin şərtlərində qeyri-adi heç bir şey yoxdur və şərtlər ümumi qəbul olunmuş qaydalar çərçivəsindədir: “Biz özümüzdən bu müqaviləyə heç bir şey əlavə etməmişik. Əgər burada aktyorlardan söhbət gedirsə, teatr işinin spesifik qaydaları var. O qaydalar da müqavilədə öz əksini tapacaq. Aktyorlarla bağlanacaq müqavilələrə əsasən aktyor rol üzərində işləməli, öz ustalıq səviyyəsini artırmalı, əmək və yaradıcılıq intizamına riayət etməlidir”. İ. İsrafilov teatrda çalışan işçi heyətinin əmək haqqlarının qaldırılması məsələsinə gəlincə, hələlik heç bir artım olmadığını nəzərə çatdırıb. O bildirib ki, aktyorlarla iş prinsipi yenə də əmək haqqı əsasında həyata keçiriləcək: “Qonorar sietmi aktyorlara aid edilmiur. Ən azı 2011-ci il ərzində bu cür davam edəcəyik. Qonorar sistemi isə ancaq rejissorlarla aid ediləcək. Hələlik əmək haqqlarında artım yoxdur”.

2011-ci ilin sonuna kimi Akademik Milli Dram Teatrında 5 tamaşanın hazırlanmasının plana salındığını bildirən İ. İsrafilov, bu rəqəmin artacağını da istisna etməyib. O bildirib ki, 5 tamaşa hazırlanıb təhvil verildikdən sonra əlavə bir-iki tamaşanın hazırlanması da plana salına bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR