İncəsənət Muzeyində 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr olunmuş sərginin açılış keçirilib

İncəsənət Muzeyində 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr olunmuş sərginin açılış keçirilib
# 19 yanvar 2011 15:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr olunmuş sərginin açılışı keçirilib. APA-nın məlumatına görə, açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bütün mədəniyyət ocaqlarında və müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş tədbirlərin keçirildiyini, bu ənənənin hər zaman davam edəcəyini bildirib.

Nazir deyib ki, 20 Yanvar mövzusu rəssamların yaradıcılığında yaddan çıxmayan mövzulardan biridir: “Bu əsərlərin bəziləri rəssamların özlərindən alınaraq muzeyin fonduna daxil edilib və müxtəlif sərgilərdə nümayiş olunur. Tarixin belə qanlı səhifələrinin yaddan çıxmaması üçün ən yaxşı vasitələrdən biri də bu əsərlərdir”.

Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov 21 il öncə baş vermiş faciəli gecəni xatırlayıb: “Faciəli günlərimizi əks etdirən əsərlər nə qədər çox yaransa, bu tarixi dünyaya tanıtmaq üçün bir o qədər asan olar”. İttifaq sədri Xocalı faciəsinin növbəti ildönümü ərəfəsində rəssamlar arasında müsabiqə elan olunacağını da vurğulayıb.

İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəlibəyov sərgidə 20-yə yaxın müəllifin 28 qrafika və boyakarlıq əsərinin, 3 heykəltəraşlıq nümunəsinin nümayiş etdirildiyini açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR