Bakıda Gürcüstan rəssamının sərgisi keçiriləcək

Bakıda Gürcüstan rəssamının sərgisi keçiriləcək
# 21 yanvar 2011 12:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət İncəsənət Muzeyində Gürcüstan təsviri sənətinin görkəmli nümayəndəsi, rəssam Mamuka Tsetskhladzenin “Şəhərlər” adlı fərdi sərgisinin açılışı keçiriləcək. Muzeydən APA-ya verilən məlumata görə, yanvarın 28-də keçirilməsi nəzərdə tutulan sərgi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət İncəsənət Muzeyinin təşəbbüsü ilə baş tutacaq. Rəssamın Bakıda - Azərbaycan Dövlət İncəsənət Muzeyində keçirilən ilk fərdi yaradıcılıq sərgisində 30-a yaxın rəngkarlıq nümunəsi tamaşaçılara təqdim olunacaq. Azərbaycan tamaşaçısı Mamuka Tsetskhladzenin yaradıcılığı ilə 90-cı illərin ortalarından tanışdır. O, dəfələrlə Bakıda keçirilən Gürcüstan təsviri sənəti sərgilərinin iştirakçısı olub.

Sərgi Gürcüstanın Mədəniyyət, Abidələrin Mühafizəsi və İdman Nazirliyi, SOCAR Gürcüstan, ICOM Gürcüstan (Beynəlxalq muzeylər komitəsi) təşkilatlarının dəstəyi ilə keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR