Akademik Milli Dram Teatrında bir tamaşa hazırlayan rejissora 2000-7000 manat arasında qonorar veriləcək

Akademik Milli Dram Teatrında bir tamaşa hazırlayan rejissora 2000-7000 manat arasında qonorar veriləcək
# 24 yanvar 2011 14:33 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında bir tamaşa hazırlayan rejissora 2000-7000 manat arasında qonorar veriləcək. Bunu APA-ya açıqlamasında Azərbaycanın xalq artisti, rejissor Mərahim Fərzəlibəyov deyib. Rejissor bildirib ki, qonorarın miqdarı hazırlanacaq tamaşanın yükünün ağırlığı ilə müəyyənləşəcək: “Bu qonorarı biz özümüz müəyyənləşdirməmişik. Əlbəttə, mən tamaşanın yükünə baxacağam və öz təklifimi deyəcəyəm. Yəqin ki, əcnəbi rejissorlara da verilən qonorar belə olacaq. Ancaq əcnəbi rejissorların qonorarı haqqında bizə bilgi verməyiblər”.

M. Fərzəlibəyov əcnəbi rejissorların Akademik Milli Dram Teatrında cəlb ediləcəyi barədə danışaraq bundan razı olduğunu deyib: “Fikrimcə, onların gəlib bu teatrda tamaşa qoymaları çox aktyorlarımıza, tamaşaçılarımıza yeni sözlər deyə bilər. Bu addımın işin xeyrinə olduğunu güman edirəm. Çoxdandır Milli Dram Teatrına xaricdən rejissor dəvət olunmurdu. İndi bir az tez-tez dəvət etsələr, bu, teatra yeni ab-hava gətirəcək”.

Rejissor onu da vurğulayıb ki, bu il müddətində o “Hökmdar və qızı” tamaşasını yeni quruluşda təhvil verəcək. Bu tamaşanın ötən mövsümdən hazırlığına başlandığını bildirən M. Fərzəlibəyov, elə bu səbəbdən də ona teatrda başqa tamaşanın hazırlanmasının tapşırılmadığını açıqlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR