Vaqif İbrahimoğlu: “Ümidvaram ki, tezliklə teatrda görüşəcəyik”

Vaqif İbrahimoğlu: “Ümidvaram ki, tezliklə teatrda görüşəcəyik”
# 25 yanvar 2011 10:27 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında İzmirdə Qazi Universitetinin xəstəxanasında müaəlicə olunduqdan sonra ötən həftə Vətənə qayıdan Dövlət Yuğ Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu deyib. Rejissor yanvarın 24-də işə çıxmaq niyyətində olsa da, özünü bir az narahat hiss etdiyindən bunu bir qədər təxirə salmalı olduğunu vurğulayıb: “Türkiyədə olduğum müddətdə Azərbaycan, teatr, əzizlərim, ümumiyyətlə hər bir insanımız üçün burnumun ucu göynəyirdi. Buna darıxmaq demək belə azdır. Ancaq bu olmalı idi, anlayırdım ki, bundan qaçmaq olmaz. Çox şükür Allaha ki, hər şey yaxşıdır. Bu cür vaxtlarda insana səbr, dözüm, iradə lazımdır. Mən də səbrli, dözümlü olmağa, iradəmi səfərbər etməyə çalışdım”.

V.İbrahimoğlu özünə tezliklə teatrda işə başlamağı arzu etdiyini vurğulayıb.

Xatırladaq ki, V. İbrahimoğlu ötən il noyabrın 26-da müalicə üçün Türkiyəyə gedib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR