Mərahim Fərzəlibəyov müqavilə əsasında Sumqayıt Dövlət Musiqili Dram Teatrında tamaşa səhnələşdirəcək

Mərahim Fərzəlibəyov müqavilə əsasında Sumqayıt Dövlət Musiqili Dram Teatrında tamaşa səhnələşdirəcək
# 26 yanvar 2011 09:32 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın xalq artisti, rejissor Mərahim Fərzəlibəyov Sumqayıt Dövlət Musiqili Dram Teatrında tamaşa səhnələşdirəcək. Bu barədə APA-ya rejissorun özü məlumat verib. O bildirib ki, ona doğma olan Sumqayıt Teatrında İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” əsərini səhnəyə qoyacaq: “Akademik Milli Dram Teatrında “Hökmdar və qızı” tamaşasını təhvil verdikdən sonra artıq Sumqayıt Teatrında məşqlərə başlayacağam. Məhsuldar yaradıcılıq fəaliyyətim bu teatrla başlayıb. Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə yenidən Sumqayıt teatrında tamaşa hazırlayacağam. Sumqayıt Teatrında müqavilə əsasında bir tamaşa hazırlayacağam”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR