Azərbaycanlı karikaturaçı rəssam Çində keçirilən V Beynəlxalq Karikatura müsabiqənin xüsusi mükafatına layiq görülüb

Azərbaycanlı karikaturaçı rəssam Çində keçirilən V Beynəlxalq Karikatura müsabiqənin xüsusi mükafatına layiq görülüb
# 27 yanvar 2011 07:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanlı karikaturaçı rəssam Yavər Əsədov Çində keçirilən V Beynəlxalq Karikatura müsabiqəsinin xüsusi mükafatına layiq görülüb. Karikaturaçı Rəssamlar Birliyinin idarə heyətindən APA-ya verilən məlumata görə, bu müsabiqə 2010-cu ilin sonunda keçirilib. Ənənəvi təşkil edilən müsabiqədə 30-a yaxın ölkədən yüzlərlə rəssam iştirak edib. Müsabiqə “Ekologiya ilə ətraf mühit” mövzusuna həsr olunub. Müsabiqənin qalibi Yavər Əsədov fəxri diplom və pul mükafatı qazanıb, onun əsəri müsabiqənin ən yaxşı karikaturalardan ibarət kataloquna daxil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR