Brüsseldə azərbaycanlı rəssamın fərdi sərgisi açılacaq

Brüsseldə azərbaycanlı rəssamın fərdi sərgisi açılacaq
# 28 yanvar 2011 16:19 (UTC +04:00)
İstanbul. Mais Əlizadə - APA. Fevralın 5-də Belçikanın paytaxtı Brüsseldə “Art word” sənət qalereyasında Azərbaycan mənşəli rəssam Timur Taştəkinin fərdi sərgisi açılacaq. Bu barədə APA-nın Türkiyə müxbirinə rəssam özü məlumat verib. Türkiyənin sənət dairələrinin böyük önəm verdiyi sərginin açılışında Türkiyənin Brüsseldəki səfiri də çıxış edəcək. Sərgidə Timur Taştəkinin yağlı boya ilə çəkdiyi qədim Azərbaycan xalçalarının tabloları nümayiş etdiriləcək: “Əsərlərim Avropa ölkələri və ABŞ-da rəğbətlə qarşılanır.
Brüsseldəki sərgiyə İstanbulda yaşayan azərbaycanlı rəssamların əsərlərini də
aparmaq istəyirdim. Ancaq onlar tablolarını vaxtında mənə təqdim etmədilər.
Bundan sonrakı ən böyük arzum isə ana vətənim Azərbaycanda sərgi açmaqdır”.

Qeyd edək ki, 1948-ci ildə Türkiyənin Ərdəhan vilayətində anadan olan Timur Taştəkin
indiyə qədər Türkiyədə 30-dan çox fərdi sərgi açıb. Onun tablolarında Qars
bölgəsinin motivləri üstünlük təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR